Xəbərlər

AREN - nin F-108 nömrəli əmrində dəyişikliklər

“Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2019-cu il 2 dekabr tarixli F-108 nömrəli əmrində dəyişikliklər edilməsi barədə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1138 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.4-cü yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2019-cu il 2 dekabr tarixli F-108 nömrəli əmrində aşağıdakı dəyişikliklər edilsin: 1.1. Həmin əmrin 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8-ci və 9-cu hissələr əlavə edilsin: “8. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri və sədr müavinləri; 9. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filiallarının rəisləri və filial rəislərinin müavinləri.”; 1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin: “1-1. “Energetika Nazirliyinin səlahiyyətli şəxsləri tərəfindən baxılmış inzibati xəta haqqında işlər barədə Hesabat” forması təsdiq edilsin (əlavə olunur).”; 1.3. 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərdə hər üç halda “İqtisadiyyat şöbəsi” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin; 1.4. 3-cü hissədə “Elektroenergetika və enerji səmərəliliyi şöbəsi” sözlərindən sonra “və” bağlayıcısı vergül işarəsi ilə, “İqtisadiyyat şöbəsinə” sözləri “İqtisadiyyat şöbəsi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə” sözləri ilə əvəz edilsin; 1.5. 3.2-ci bənddə “Daxili nəzarət şöbəsinə” sözləri “bu Əmrin 1-1-ci hissəsi ilə təsdiq edilmiş “Energetika Nazirliyinin səlahiyyətli şəxsləri tərəfindən baxılmış inzibati xəta haqqında işlər barədə Hesabat” formasına uyğun olaraq Energetika nazirinə” sözləri ilə əvəz edilsin; 1.6. 4-cü hissə ləğv edilsin. 2. Mətbuat sektoru və Elektron idarəetmə sektoru bu Əmrin və “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 3. Ümumi şöbə bu Əmrin surətinin Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə çatdırılmasını təmin etsin. 4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

14.03.2022
Abonə ol

Şirkətimizdəki yeniliklərdən xəbərdar olmaq üçün abonə ol